MLBB 2025-ci ilin ən populyar mobil kibersport növü oldu

by Nigar Məmmədova
0 comments

Esports Charts” analitik şirkəti ən populyar 5 mobil kibersport növünün siyahısını təqdim edib. Mobile Legends: Bang Bang (MLBB) 2025-ci ilin ən populyar mobil kibersport oyunu seçilib. MLBB turnirləri 424 milyon saatdan çox izlənmə toplayıb, eyni anda maksimum izləyici sayı (peak online) isə 4.1 milyon nəfər təşkil edib.

Arena of Valor izlənmə saatlarına görə PUBG Mobile-ı geridə qoyaraq ikinci yerə yüksəlib, mobil “kral döyüşü” (battle royale) isə üçüncü olub. İzlənmə saatı üzrə siyahıda dördüncü və beşinci yerləri müvafiq olaraq Free Fire və Battlegrounds Mobile India (BGMI) tutub.

MLBB

Maksimum izləyici sayına (peak viewers) görə reytinqdə isə PUBG Mobile ikinci yerə çıxa bilib, Arena of Valor isə üçüncü pilləyə düşüb. Bu siyahıda Free Fire dördüncü yerini qoruyub, Clash Royale isə BGMI-ni əvəzləyərək beşinci olub.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın