HLTV portalı Counter-Strike 2 üzrə ən perspektivli oyunçuların reytinqini yeniləyib.
2025-ci ilin sentyabrında dərc edilən siyahıda Danil “molodoy” Qolubenko ikinci yerdə idi. Lakin ardıcıl qələbələr seriyası sayəsində o, birinci yerə yüksəlib və Maksim “kyousuke” Lukini arxada qoyub.
Qolubenko 2025-ci ildə IEM Chengdu və FISSURE Playground 2 turnirlərində iki dəfə MVP adına layiq görülüb. Bu nailiyyətlər onun reytinqdə zirvəyə qalxmasına səbəb olub.
Reytinqdə həmçinin Klementiy “kl1m” Krivoşeyev və Dmitriy “dem0n” Miroşniçenko da nəzərəçarpacaq irəliləyiş nümayiş etdiriblər. HLTV onların “güclü rəqiblərə qarşı öz oyun səviyyələrini sübut etdiklərini” vurğulayıb.

Digər tərəfdən, İvan “zweih” Qoqin ardıcıl uğursuz çıxışlar səbəbindən Team Spirit ilə birlikdə 6-cı yerdən 11-ci yerə enib.
Xatırladaq ki, 9 noyabrda FURIA Esports, IEM Chengdu 2025 finalında Team Vitality-ni 3:0 (Ancient — 13:11, Inferno — 13:10, Overpass — 13:11) hesabı ilə məğlub edib. Qələbə sayəsində FURIA 285 min dollar mükafat və turnirin kubokunu qazanıb. Bu, komandanın 2022-ci ilin martından bəri Vitality üzərində ilk qələbəsidir.