Mongolz Team Spirit-ə BLAST Bounty Fall 2025 finalında uduzdu

by Nigar Məmmədova
0 comments

Team Spirit Counter-Strike 2 üzrə BLAST Bounty Fall 2025 turnirinin qalibi oldu. Grand finalda Spirit The MongolZ-la qarşılaşdı və 3:0 hesabı ilə qələbə qazandı (Nuke — 13:11, Mirage — 16:13, Ancient — 13:5).

Bu, Spirit-in 2025-ci ildə dördüncü kuboku oldu. Yanvarda BLAST Bounty Spring 2025, mayda PGL Astana 2025, avqustun əvvəlində isə IEM Cologne 2025 turnirlərini qazanmışdılar.

The MongolZ isə yay mövsümündə ikinci dəfə finalda məğlub oldu. İyunda komanda BLAST.tv Austin Major 2025-də Team Vitality-yə uduzmuşdu.

Maltada keçirilən BLAST Bounty Fall 2025-in ümumi mükafat fondu 480 min dollar idi. Spirit qalibiyyət üçün təxminən 288 min dollar, MongolZ isə 69 min dollar qazandı. 3-4-cü yerləri Team Vitality və MOUZ tutdu.

Bunlar da xoşunuza gələ bilər