NetherRealm Studios və Warner Bros. Games studiyaları Mortal Kombat 1 oyunu üçün “Khaos Reigns” adlı yeni qoşmanın treylerini təqdim ediblər. Video YouTube və sosial şəbəkələrdə yayımlanıb.
Yeni treylerdə məşhur qorxu film seriyası **”Krik”**dən tanınan qatillə – “Ghostface” obrazı ilə səhnələr nümayiş etdirilib. Kombat Pack 2 və Khaos Reigns paketlərinə sahib olan oyunçular bu yeni döyüşçüdən 19 noyabr tarixindən etibarən istifadə edə biləcəklər. Digər oyunçular üçün isə personajın istifadəyə verilməsi 26 noyabrda planlaşdırılıb.
Mortal Kombat 1 oyunu 19 sentyabr 2023-cü ildə PC, PlayStation 5, Xbox Series X və S, eləcə də Nintendo Switch platformalarında yayımlandı. 24 sentyabrda çıxan Khaos Reigns əlavəsi isə oyuna yeni süjet məzmunu və bir neçə yeni personaj əlavə edib. Bu DLC-ni $50 məbləğində əldə etmək mümkündür.