MOUZ CCT Season 2 Series 4 öncəsi Dota 2 heyətini yenilədi

by Nigar Məmmədova
0 comments

Kibersport təşkilatı MOUZ qarşıdakı CCT Season 2 Series 4 turnirinə yenilənmiş Dota 2 heyəti ilə qatılacaq. Bu barədə məlumat turnirin rəsmi sənədlərində yer alıb.

Komandaya üç yeni oyunçu qoşulub:

  • Enzo “Timado” Gianoli – kerri
  • Dmitriy “JANTER” Nikulin – dəstək (support)
  • Philipp “Copy” Bühler – mid

Onlar Altanginj “423” Bilguun, Ondrej “Supream^” StarhaThiago “Thiolicor” Cordeiro-nun yerini əvəz ediblər.

MOUZ-un əvvəlki heyəti, 2025-ci ilin mayında təqdim edilmişdi və son dəfə The International 2025-in Qərbi Avropa seçmələrində birlikdə çıxış etmiş, 9–10-cu yeri tutmuşdu.

CCT Season 2 Series 4 turniri 16–24 avqust tarixlərində keçiriləcək və 40 min dollar mükafat fondu olacaq. Yarışda 12 komanda iştirak edəcək, o cümlədən Aleksey “Solo” Berezinin olmadığı yenilənmiş Team Yandex heyəti.

Bunlar da xoşunuza gələ bilər