MOUZ, Team Spirit komandasını PGL Wallachia Season 6 turnirinin böyük finalında 3:2 hesabı ilə məğlub edərək çempion olub. Həlledici beşinci xəritə 43 dəqiqə 50 saniyə davam edib.
Qərarverici qarşılaşmanın ən məhsuldar oyunçusu MOUZ komandasının üzvü Miroslav “BOOM” Bitsan olub.
Final oyunu 23 noyabr, Baki vaxtı ilə 17:00-da start götürüb. Qələbə sayəsində MOUZ ümumi 1 milyon dollarlıq mükafat fondunun 300 min dollarını və turnirin trofeyini qazanıb.

PGL Wallachia Season 6 turniri 15–23 noyabr 2025 tarixlərində Buxarestdə (Rumıniya) keçirilib. Turnirdə 16 komanda mübarizə aparıb.