MOUZ Team Spirit-ə uduzdu – IEM Cologne 2025 çempionu bəlli oldu

by Nigar Məmmədova
0 comments

Team Spirit, Counter-Strike 2 üzrə IEM Cologne 2025 turnirinin qalibi oldu. Qran-pri finalında Spirit komandası MOUZ ilə qarşılaşdı və 3:0 hesabı ilə inamlı qələbə qazandı:

  • Mirage — 13:7
  • Ancient — 13:11
  • Nuke — 13:6

Bu, Team Spirit-in 2025-ci ildə qazandığı üçüncü titul oldu. Yanvarda onlar BLAST Bounty Spring 2025 turnirinin, may ayında isə PGL Astana 2025-in qalibi olmuşdular.

MOUZ isə CS2 üzrə ardıcıl dördüncü finalda məğlub oldu. 2025-ci ildə komanda yalnız PGL Cluj-Napoca (fevral) turnirində çempion olmuşdu.

Spirit komandası IEM Cologne 2025 qələbəsi üçün 400 min dollar mükafat qazandı. MOUZ isə 180 min dollar aldı. 3–4-cü yerləri Natus Vincere və Team Vitality komandaları bölüşdü.

Team Spirit baş məşqçisi qələbəni şərh etdi

Team Spirit-in baş məşqçisi Sergey “hally” Şavayev, turnirin rəsmi yayımında komandanın qələbəsini şərh edib. “Düşünürəm ki, fantastik iş gördük. Səhvlərdən düzgün nəticələr çıxardıq və mənə sadəcə Lyonyaya [chopper] daha çox yatmağa şərait yaratmaq lazım idi”, – deyə o bildirib.

Şavayev xüsusilə komandanın yeni üzvü — 17 yaşlı İvan “zweih” Qoginin çıxışına toxunub.

“O, bütün gözləntiləri doğrultdu. Çünki oynadığı rolların hamısı onun üçün yenidir. Cəmi bir neçə böyük turnirdə iştirak etmişdi, lakin dərhal səhnəyə çıxıb özünü göstərdi. Mən hər gün zweih-ə deyirəm ki, işləməlidir və nəticə gözləmədən oyuna yanaşmalıdır. O, formaya düşəcək və biz daha da güclənəcəyik”.

“İşləməyə davam etməliyik və düşünürəm ki, daha çox qələbə qazanacağıq. Bu mövsüm hər şeyi udmaq niyyətindəyik”, – deyə Şavayev vurğulayıb.

Bunlar da xoşunuza gələ bilər