44
Team Liquid oyunçusu Kit “NAF” Markoviç Şimali Amerika CS 2 səhnəsindəki problemlərlə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, bu regionda Valve-un Counter-Strike oyununda peşəkar kiberidmançı olmaq mənasızdır.
“Mənim fikrimcə, əgər Şimali Amerikada yaşayırsınızsa, Counter-Strike oynamağın mənası yoxdur. Mənim məsləhətim: Valorant-da məşq edin və ya bütün gücünüzlə Avropa Counter-Strike səhnəsinə qoşulmağa çalışın.
Markoviç əlavə edib ki, yerli səhnəyə dəstək göstərilmir:
“Heç kim yerli səhnəyə kömək etmək istəmir. Bizdə hələ də Pro League və Challenger League var, amma bu, dürüst desək, həyatınızı peşəkar oyuna həsr etmək üçün kifayət deyil.”
Kit “NAF” Markoviç