“Natus Vincere” (NAVI) kollektivi “ESL Pro League Season 23” turnirinin finalında “Aurora” komandasını 3:1 hesabı ilə məğlub edərək çempionluq zirvəsinə yüksəlib. Gərgin keçən qarşılaşma Mirage (13:7), Anubis (11:13), Nuke (13:6) və Dust2 (13:9) xəritələrində baş tutub. Bu zəfər komandaya 100 000 dollar mükafat qazandırmaqla yanaşı, kluba əlavə 150 000 dollar bonus gətirib.
Komandanın pley-off mərhələsindəki yolu:
- 2:0 vs The MongolZ
- 2:1 vs FUT Esports
- 3:1 vs Aurora
Mükafat fondunun bölüşdürülməsi
Pley-offun səkkiz iştirakçısı ümumilikdə 275 000 dolları öz aralarında bölüşdürüblər. Mükafat fondunun ən böyük payı qalib gələn NAVI-yə (100 000 dollar), ikinci yerin sahibi “Aurora”ya isə 55 000 dollar düşüb. Turnirin tam mükafat cədvəli aşağıdakı kimidir:
- 1-ci yer — $100,000 — NAVI
- 2-ci yer — $55,000 — Aurora
- 3-cü yer — $37,500 — Astralis
- 4-cü yer — $22,500 — FUT Esports
- 5–8-ci yerlər — $15,000 — Team Spirit, Legacy, The MongolZ, MOUZ
Xatırladaq ki, “ESL Pro League Season 23” martın 13-dən 15-dək LAN formatında keçirilib. Turnirin ümumi mükafat fondu isə 776 000 dollar təşkil edib.