NiKo Rəsmi Olaraq G2 Esports-u Tərk Etdi

by Nigar Məmmədova
0 comments

3 yanvar tarixində G2 Esports kiberidman təşkilatı, Counter-Strike 2 üzrə komandalarının üzvü Nikola NiKo Kovaç ilə əməkdaşlığın başa çatdığını rəsmi şəkildə elan edib. Klub bu barədə sosial şəbəkələrdə paylaşım edib.

NiKo-nun G2-dəki Karyerası

NiKo G2 Esports-a 2020-ci ilin oktyabr ayında qoşulmuşdu. Dörd il ərzində o, komanda ilə birgə bir çox uğura imza atdı:

  • IEM Cologne 2023BLAST Premier: World Final 2024 çempionluğu;
  • Beynəlxalq turnirlərdə mükafatçılar arasında yer almaq;
  • Dörd dəfə mövsümün ən yaxşı 20 oyunçusu siyahısına düşmək;
  • MVP mükafatına layiq görülmək.

G2 Esports-un Hazırki Heyəti (CS2):

  • İlya m0NESY Osipov;
  • Nemanya huNter- Kovaç;
  • Mario malbsMd Samayoa;
  • Yanush Snax Poqojelski.

NiKo-nun Gələcəyi

İnsayderlərin məlumatına görə, NiKo öz karyerasını Team Falcons-da davam etdirəcək. Lakin onun yeni komandasına keçidi barədə hələlik rəsmi elan verilməyib. NiKo-nu G2-də kimin əvəz edəcəyi də hələ məlum deyil, lakin bəzi məlumatlara əsasən, bu, Nikita HeavyGod Martınenko ola bilər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın