Oblivion – ALGS: 2026 Championship-in çempionu oldu

by Nigar Məmmədova
0 comments

Oblivion komandası “Apex Legends Global Series: 2026 Championship” turnirində möhtəşəm qələbə qazanıb. Final mərhələsində kollektiv 86 xal toplamağı bacarıb. Bu çempionluq sayəsində Oblivion 600 min dollar mükafat əldə edib.

Turnirin ən yaxşı oyunçusu (MVP) adına Oblivion komandasından Migel “Blinkzr” Kvayles layiq görülüb. İlk üçlükdə həmçinin Team FalconsENTER FORCE.36 komandaları yer alıb.

ALGS: 2026 Championship yanvarın 15-dən 18-dək Yaponiyanın Sapporo şəhərində keçirilib. Turnirin ümumi mükafat fondu 2 milyon dollar təşkil edib.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın