OG Dota 2 üçün yenilənmiş heyətini təqdim etdi

by Nigar Məmmədova
0 comments

Avropanın tanınmış kiberidman təşkilatı OG özünün yenilənmiş Dota 2 heyətini ictimaiyyətə açıqladı. Klub rəsmi sosial şəbəkələrində yeni transferləri təqdim edib.

Mövcud heyətdən yalnız üç oyunçu komanda ilə yoluna davam edir: İndji “Shad” Lub, Mihajlo “MikSa`” Yovanoviç və Tamir “Daze” Tokpanov. Onlara yeni adlar qoşulub — makedoniyalı İqor “Stojkov” Stoykov (sınaq müddəti ilə) və braziliyalı Rodrigo “Lelis” Santos.

Yenilənmiş OG Dota 2 heyəti

  • Shad
  • Stojkov
  • MikSa`
  • Daze
  • Lelis
  • N0tail (məşqçi)

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın