PaiN Gaming Parker-in rəhbərlik etdiyi Peru heyəti ilə Dota 2-yə qayıtdı

by Nigar Məmmədova
0 comments

Braziliyanın paiN Gaming təşkilatı professional Dota 2 səhnəsinə qayıtdığını rəsmən elan edib. Bu barədə məlumat klubun sosial media hesablarında paylaşılıb. Təşkilat əvvəllər “Peru Rejects” teqi altında çıxış edən Devid Parker Niho Floresin heyətini transfer edib.

PaiN Gaming-in yeni heyəti (keçmiş Peru Rejects):

  • Devid Parker Niho Flores
  • Qonzalo DarkMago Errera
  • Frank Frank Aries
  • Elvis Scofield Penya
  • Elstin Elmisho Verde

Kollektiv mart ayında İngiltərənin Birmingem şəhərində keçiriləcək ESL One Birmingham 2026 turnirində iştirak edəcək. Sözügedən turnir 22-29 mart 2026-cı il tarixlərində baş tutacaq. Xatırladaq ki, paiN Gaming təxminən altı il idi ki, Dota 2 heyətinə malik deyildi; təşkilat əvvəlki heyətini 2020-ci ilin aprelində buraxdığını elan etmişdi.

PaiN Gaming

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın