Parisdə Six Invitational 2026 start götürdü

by Nigar Məmmədova
0 comments

2 fevral tarixində Fransanın paytaxtı Paris şəhərində Rainbow Six Siege üzrə Six Invitational 2026 turnirinin qrup mərhələsi başlayıb. İlk oyun günündə səkkiz qarşılaşma baş tutub.

Matçların nəticələri:

  • A Qrupu: FEARX – Team Heretics 1:2; Ninjas in Pyjamas – Weibo Gaming 0:2.
  • B Qrupu: Daystar – Elevate 2:0; Team Falcons – FURIA 1:2.
  • C Qrupu: Black Dragons – Dplus 1:2; G2 – Shopify Rebellion 0:2.
  • D Qrupu: ENTERPRISE Esports – Spacestation Gaming 0:2; Secret – Oxygen Esports 2:0.

Hər qrupda birinci yeri tutan komanda birbaşa pley-offun yuxarı səbətinin ikinci raunduna, 2-3-cü yerlər isə birinci raunduna vəsiqə qazanır. Dördüncü yeri tutan kollektivlər aşağı səbətin ilk raunduna düşür, qalan komandalar isə yarışı tərk edir.

3 fevral üçün oyun cədvəli (Bakı vaxtı ilə +2 saat):

  • 14:00 Weibo Gaming — FEARX
  • 14:00 Team Falcons — Elevate
  • 17:30 Ninjas in Pyjamas — M80
  • 17:30 Wildcard — Daystar
  • 21:00 Shopify Rebellion — Dplus
  • 21:00 FaZe — Black Dragons
  • 21:00 ENTERPRISE — Fluxo W7M
  • 00:30 Spacestation Gaming — Team Secret

Six Invitational 2026 turniri 2-15 fevral tarixlərində Parisdə keçirilir. Turnirin mükafat fondu 3 milyon dollar təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın