PARIVISION, 3DMAX və G2 Intel Extreme Masters Kraków 2026-nın qrup mərhələsinə vəsiqə qazandılar

by Nigar Məmmədova
0 comments

29 yanvar tarixində keçirilən birinci mərhələ oyunlarının nəticələrinə əsasən, PARIVISION, 3DMAX və G2 Esports komandaları Intel Extreme Masters Kraków 2026-nın qrup mərhələsində yerlərini təmin ediblər. Eyni zamanda, B8, Passion UA və Legacy komandaları turnirlə vidalaşıblar.

Günün əsas oyunlarının nəticələri:

  • PARIVISION vs Aurora: Üst səbətdə (upper bracket) qarşılaşan PARIVISION komandası 2:1 hesabı ilə (Mirage 13:5, Anubis 5:13, Dust II 13:4) qələbə qazanaraq növbəti mərhələyə keçib. Matçın ən yaxşı oyunçusu (MVP) 6.7 reytinqlə Vladislav “xiELO” Lısov seçilib.
  • paiN vs B8: Braziliya təmsilçisi paiN Gaming, B8 komandasını 2:0 hesabı ilə (Dust II 16:12, Mirage 13:10) məğlub edərək ukraynalıları turnirdən kənarlaşdırıb.
  • BC.Game vs 3DMAX: 3DMAX komandası rəqibi BC.Game-ə heç bir şans verməyərək 2:0 (Overpass 13:3, Anubis 13:4) hesabı ilə qalib gəlib. Brayan “Maka” Kanda 8.3 reytinqlə oyunun qəhrəmanı olub.
  • NiP vs Passion UA: Passion UA komandası NiP-ə 1:2 hesabı ilə uduzaraq turnirdəki ikinci məğlubiyyətini alıb və yarışı tərk edib. NiP-in yeni oyunçusu Artem “cairne” Muşinskiy 59 öldürmə ilə matçın MVP-si seçilib.
  • Liquid vs G2: Gərgin keçən mübarizədə G2 Esports 2:1 hesabı ilə qalib gəlib. Qalib komanda Mirage xəritəsində 13:8 qazansa da, Inferno-da 6:13 uduzub; sonuncu Anubis xəritəsində isə əlavə vaxtda (overtime) 16:14 hesabı ilə qalib gələrək qrup mərhələsinə vəsiqəni təmin edib.

Intel Extreme Masters Kraków 2026-nın birinci mərhələsi 28 yanvar – 1 fevral tarixlərində LAN formatında keçirilir. Play-In mərhələsində 16 komanda ümumi mükafat fondu 1,222,000 $ olan turnirin əsas hissəsinə keçmək üçün mübarizə aparır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın