Party Astronauts IEM Dallas öncəsi dağıldı – oyunçular sosial şəbəkələrdə mübahisə etdilər

by Nigar Məmmədova
0 comments

Counter-Strike 2 üzrə Party Astronauts komandası, tamamilə dağıldıqdan sonra daxili problemlərini ictimai şəkildə müzakirə edib.

Komanda üzvləri arasındakı münaqişə baş məşqçi Tommi “Axed” Rayan və oyunçu Kolbi “Walco” Uolşun rəsmi gedişindən sonra baş qaldırıb. Onlar komandanı qeyri-peşəkarlıqda və xüsusilə Castin “FaNg” Koukli-ni eqolu davranışda günahlandırıblar. Rayanın sözlərinə görə, FaNg həddindən artıq özünə güvənir, Walco isə komanda yoldaşından psixoloji təzyiq gördüyünü iddia edib.

Buna cavab olaraq, FaNg bütün günahları “Axed”in üzərinə atıb və ona qarşı irəli sürülən iddiaları təkzib edib.

Komanda sıralamasında Şimali Amerikanın ən güclü beşliyindən biri idi və IEM Dallas 2025-ə vəsiqə uğrunda mübarizə aparmağa hazırlaşırdı. Onlar fevralın 11-də BOSS komandası ilə qarşılaşmalı idilər. Lakin münaqişələr nəticəsində Party Astronauts rəsmi olaraq tamamilə dağılıb və heyət buraxılıb.

Komandanın keçmiş heyəti:

  • Ben “ben1337” Smit
  • Castin “FaNg” Koukli
  • Boqdan “ogwizard” Savula
  • Uesli “viz” Harris
  • Kolbi “Walco” Uolş
  • Baş məşqçi: Tommi “Axed” Rayan

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın