Turnir operatoru PGL 2026-cı ildə ikinci Counter-Strike 2 majorunun keçirilməsinə cavabdeh olacağını elan edib. Anons turnir operatorunun rəsmi saytında dərc olunub.
PGL Major Singapore 2026 25 noyabr – 13 dekabr tarixləri arasında keçiriləcək. Pley-off mərhələsinə Singapore Indoor Stadium ev sahibliyi edəcək. Turnirdə 32 komanda iştirak edəcək.
Çempionatın mükafat fondu 1,25 milyon ABŞ dolları olacaq.
Bu, PGL üçün dördüncü major olacaq – turnir operatoru daha əvvəl bu seriyadan tədbirləri 2021, 2022 və 2024-cü illərdə təşkil edib.