PGL Cluj-Napoca 2026: 18 Fevralın Nəticələri və Pley-off İştirakçıları

by Nigar Məmmədova
0 comments

PGL Cluj-Napoca 2026 turnirində qrup mərhələsi rəsmən başa çatdı. Son yarış günündə üç cütlük pley-offun son vəsiqələri uğrunda mübarizə aparıb və “de_airport”-a (evə) yollanacaq komandalar bəlli olub.

Günün bütün nəticələri:

  • Aurora 2:0 Astralis
  • PARIVISION 2:1 FUT
  • NaVi 2:0 G2

Günün əsas məqamları:

FUT Esports-un ləyaqətli mübarizəsi: FUT komandası bu turnirdə gözləntiləri aşan bir performans nümayiş etdirdi. Cəmi yarım il əvvəl NAVI-nin akademiya heyəti olan və əsas ulduzu Drin “makazze” Şakirini itirən komanda, pley-offun bir addımlığında dayandı. Onlar ilin əvvəlində “BLAST Bounty S1 2026” S-tier turnirinin qalibi olmuş güclü PARIVISION-a qarşı 1:2 hesabı ilə uduzsalar da, göstərdikləri oyun gələcək üçün böyük ümidlər vəd edir.

NAVI-nin çətin yolu: Turnir ərzində qeyri-sabit çıxış edən və artıq aşkar favorit sayılmayan NAVI, pley-offa yüksəlmək şansını son günə qədər saxlamışdı. Nəhayət, “do or die” matçında G2 Esports-u 2:0 hesabı ilə məğlub edən komanda pley-off mərhələsinə vəsiqəni təmin etdi.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın