PGL Masters Bucharest 2025-də CS2 turnirinin üçüncü raund cütlükləri bəlli oldu

by Nigar Məmmədova
0 comments

PGL Masters Bucharest 2025 turnirində Counter-Strike 2 üzrə qrup mərhələsinin üçüncü raunduna çıxacaq bütün komandalar müəyyənləşib. Turnir Rumıniyanın paytaxtı Buxarestdə keçirilir və 1,25 milyon dollarlıq mükafat fonduna malikdir.

Yuxarı braqada pley-offa vəsiqə qazanmaq uğrunda bu cütlər mübarizə aparacaq:

  • B8 Esports vs paiN Gaming
  • Aurora Gaming vs Heroic

Orta braqada 1-1 nəticəsi olan komandalar üz-üzə gələcək:

  • Team 3DMAX vs FlyQuest
  • Astralis vs Legacy
  • GamerLegion vs SAW
  • Team Liquid vs BetBoom Team

Aşağı braqada, yəni məğlub olanların mərhələsində isə:

  • Fnatic vs MIBR
  • Ninjas in Pyjamas vs Gentle Mates qarşılaşmaları keçiriləcək.

Turnir LAN formatında 16 komandanın iştirakı ilə baş tutur və mükafat fondunun yarısı iştirakçı klublar arasında bölüşdürüləcək.

Şərh yazın