Sony şirkəti PlayStation Store-da saxta və plagiat layihələrə qarşı ciddi tədbirlər görməyə başlayıb. Şirkət Steam-də məşhur olan bir sıra indie oyunlarının klonlarını mağazadan çıxarıb. Bu addım, uzun müddətdir oyunçuların şikayət etdiyi bir problemi hədəfə alıb — PS Store-da keyfiyyətsiz və saxta məhsulların artması.
Silinən oyunlar sırasında R.E.P.O, Lethal Company və Supermarket Simulator kimi uğurlu layihələrin surətləri də var. Bu saxta oyunlar yalnız platin trofey qazanmaq istəyən istifadəçiləri deyil, həm də orijinal oyunların müəllif hüquqlarını pozaraq, böyük etirazlara səbəb olub.
Ən çox diqqət çəkən studiyalar arasında aşağıdakı adlar var:
- Adventure Games — R.E.P.O.: Ghost Haul və Supermarket Simulator 2025 adlı klon oyunlarla çıxış etməyə cəhd etsə də, rəsmi yayımdan əvvəl hər iki layihə mağazadan silinib.
- Gaming Dev — Supermarket Simulator 24, Lethal Corporation, Operation Bodycam və Exit 9 Metro kimi bir sıra saxta oyunları PS Store-a yerləşdirib.
- Grizzly Games — Bodycam Shooter 2025 və Zombie Blocks: Pixel Shooter Gun adlı oyunları ilə diqqət çəkib. Bu oyunlar Unity mühərriki ilə hazırlanmış keyfiyyətsiz modlara bənzəyir və çox zəif qiymətləndirilib.
Oyunçular PSNProfiles üzərindən bu studiyaların səhifələrinin aprelin əvvəlindən etibarən mağazadan yoxa çıxdığını bildirirlər. Bu, çox güman ki, həm istifadəçilərdən, həm də orijinal oyunların müəlliflərindən daxil olan çoxsaylı şikayətlər nəticəsində baş verib.
İcmalarda oyunçular bildirirlər ki, bu, artıq keyfiyyətsizlik deyil — bu açıq-aşkar dələduzluqdur. Əlavə olaraq vurğulanır ki, fevral ayında RandomSpin Games-in bağlanmasından sonra vəziyyət daha da pisləşib. Yeni plagiat layihələr süni intellektlə yaradılmış skrinşotlar və manipulyativ təsvirlərlə hit oyunlara bənzədilir.