PUBG Kiberidman 2026 – Yeni Turnirlər və Milyonluq Dəstək

by Nigar Məmmədova
0 comments

Krafton şirkəti PUBG-nin 2026-cı il üçün kiberidman yol xəritəsini paylaşaraq, yarış səhnəsində matçların sayını və mükafat fondlarını artırmağı planlaşdırdığını açıqlayıb.

Cari il üçün dörd PUBG Global Series (PGS) turniri, iki regional seriya və bir neçə qlobal tədbir — PUBG Nations Cup 2026, Esports World Cup 2026 və PUBG Global Championship 2026 nəzərdə tutulub.

Hər bir PGS turnirində 24 komanda (12 qlobal tərəfdaş və regional seçmələrdən gələn 12 kollektiv) mübarizə aparacaq. Hər çempionat üç həftə davam edəcək və 500 min dollarlıq mükafat fonduna malik olacaq. Mövsümün əsas turniri olan PUBG Global Championship 2026-ya isə PGS xalları üzrə ən yaxşı 8 komanda və regional seriyalardan seçilən 24 kollektiv vəsiqə qazanacaq.

PUBG

Maliyyə dəstəyi və yeniliklər barədə bunları bilmək vacibdir:

  • Krafton tərəfdaşlara dəstək məqsədilə 1 milyon dollar vəsait ayırıb.
  • Regional turnirlərin keçirilməsi üçün əlavə 130 min dollar ayrılacaq.
  • Şirkət bu il “Pick’em Challenge” sistemini yenidən qurmağı, yeni “fentezi” hadisələri və xüsusi kiberidman biletini əlavə etməyi vəd edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın