Puppey NAVI-yə geri döndü və yaxın turnirlərdə komandanın stand-in kimi çıxış edəcək

by Elnur Qəhrəmanov
0 comments

Natus Vincere (NAVI) kiberidman təşkilatı Dota 2 üzrə qarşıdakı turnirlər üçün yenilənmiş heyətini təqdim edib.

Komandaya Team Secret-in keçmiş üzvləri Klement “Puppey” İvanov və Miroslav “BOOM” Bican stand-in kimi qatılıblar. Onlar Dmitriy “Nefrit” Tarasici və Arman “Malady” Orazbayevi əvəz ediblər.

Puppey NAVI-nin əfsanəvi oyunçusudur və o, 2011-2014-cü illər arasında komandanın tərkibində çıxış edib. Klement 2011-ci ildə tarixdə ilk dəfə keçirilən The International turnirinin qalibi olub və həmçinin TI 2012TI 2013 turnirlərində finala çıxıb.

BOOM isə Team Secret-dən əlavə, Gaimin Gladiators, Vikin.ggTeam Tickles komandalarında da öz oyunları ilə tanınıb.

Yenilənmiş NAVI heyəti 28 sentyabrda start götürəcək DreamLeague Season 24 turnirinin qapalı seçmə mərhələsində debüt edəcək.

NAVI-nin Dota 2 üzrə yaxın turnirlərdə çıxış edəcək heyəti:

  • ua Artem “Yuragi” Qolubev
  • mn Suxbat “sanctity-” Otqondavaa
  • kg Bakıyt “W_Zayac” Emiljanov
  • ee Klement “Puppey” İvanov (stand-in)
  • cz Miroslav “BOOM” Bican (stand-in)
  • ua Vitali “Sword_Art” Petkin (məşqçi)

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın