11
Liquipedia platforması azarkeşlərin səsi ilə ən yaxşı kibersport loqosunu müəyyənləşdirmək üçün xüsusi turnir keçirdi. 64 komandanın iştirak etdiyi yarışda qalib RIDDLE klubunun gülümsəyən smaylikli loqosu oldu.
Final mərhələsinin iştirakçıları:
- Final: RIDDLE vs Team Falcons
- Yarımfinal: NAVI və TYLOO
Qeyd edək ki, RIDDLE — Yaponiyaya məxsus kibersport təşkilatıdır. Klubun aşağıdakı oyunlarda aktiv heyətləri var:
- Apex Legends
- Fortnite
- VALORANT
- Street Fighter
- PARAVOX
Loqonun sadəliyi və orijinallığı fanatlar tərəfindən yüksək qiymətləndirilib, bu da onu bir çox tanınmış brendlər qarşısında qələbəyə aparıb.