Riot Games Los-Ancelesdəki Ofisini Meşə Yanğınlarına Görə Bağladı

by Nigar Məmmədova
0 comments

Riot Games-in baş icraçı direktoru Dylan Jadeja LinkedIn-də yerləşdirdiyi yazıda şirkətin ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindəki ofisinin ən azı həftə sonuna qədər bağlanacağını elan edib.

Bu qərar yalnız vacib funksiyalara cavabdeh olan işçilərdən başqa bütün əməkdaşlara təsir edəcək. Jadeja əməkdaşlara bu çətin dövrdə özlərinə və bir-birlərinə diqqət ayırmağı tövsiyə edib və Riot Games-in dünya üzrə kollektivinə dəstəklərinə görə təşəkkürünü bildirib.

Bağlanma, Los-Ancelesdə baş verən meşə yanğınları səbəbilə həyata keçirilib. Bu yanğınlar 130 mindən çox insanın təxliyə olunmasına və 2 mindən artıq tikilinin məhv olmasına səbəb olub. Ofisin təxliyə zonasından kənarda yerləşməsinə baxmayaraq, Riot Games öz əməkdaşlarını mümkün təhlükədən qorumaq məqsədilə bu addımı atıb.

Şirkət, əsas təhlükə aradan qaldırıldıqdan sonra şəhərə yardım etməyə hazır olduğunu da bəyan edib. Qeyd edək ki, Kaliforniyada yanğınlar 2025-ci ilin 7 yanvarında başlayıb. Bu hadisə səbəbilə “Oskar” mükafatı namizədlərinin açıqlanma mərasimi təxirə salınıb.

Riot Games-in Valorant üçün stresə qarşı oyuncaqlar təqdim etdiyini əvvəlcədən xəbər vermişdik.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın