Riot Games təsadüfən 2XKO-nun çıxış tarixini açıqladı

by Nigar Məmmədova
0 comments

Riot Games şirkəti, sonradan sildiyi 2XKO treylerində döyüş oyununun (fighting) çıxış tarixini təsadüfən üzə çıxarıb. Videoda qeyd olunan məlumata görə, oyunun rəsmi buraxılışı 20 yanvar 2026-cı il tarixində baş tutacaq.

Bu tam gözlənilməz bir xəbər deyil, çünki Riot Games bir müddət əvvəl oyunun 2026-cı ilin yanvarında istifadəyə veriləcəyini artıq təsdiqləmişdi. Sözügedən video isə sadəcə dəqiq günü müəyyənləşdirmiş oldu. Oyun PlayStation 5, Xbox Series X|SPC platformalarında əlçatan olacaq.

2026-cı ilin yanvarında oyunda mövcud olacaq döyüşçülər:

  • Ahri
  • Blitzcrank
  • Braum
  • Darius
  • Ekko
  • Illaoi
  • Jinx
  • Teemo
  • Vi
  • Warwick
  • Yasuo

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın