Rusiyalı FIFA analoqu 2030-cu ilədək işıq üzü görəcək

by Nigar Məmmədova
0 comments

Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov yerli futbol simulyatorunun hazırlanmasının gecikmədən davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, FIFA-ya alternativ olacaq oyun 2030-cu ilə qədər tam hazır olacaq.

Futbol simulyatorunun yaradılması təşəbbüsü ilk dəfə 2024-cü ilin fevralında səsləndirilib. Məşhur futbolçu Andrey Arşavin prezident Vladimir Putinə müraciət edərək EA Sports FC-yə bənzər yerli versiyanın hazırlanmasını təklif etmişdi.

Mitrofanovun açıqlamasına görə, layihə dayandırılmayıb və işlər plan üzrə davam edir. Hazırda texniki detallar və oyun platformaları açıqlanmasa da, oyun Rusiya bazarına uyğunlaşdırılmış yerli platformalarda – məsələn, VK Play üzərindən yayımlana bilər.

Qeyd edək ki, FIFA simulyator seriyası 1993-cü ildən bəri EA Sports tərəfindən buraxılırdı. 2024-cü ildən isə brend adını dəyişərək EA FC kimi təqdim olunmağa başladı. Bu dəyişikliyin səbəbi EA-nın Beynəlxalq Futbol Federasiyası ilə lisenziya müqaviləsini yeniləyə bilməməsi olub.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın