59
GSC Game World studiyası S.T.A.L.K.E.R. 2: Heart of Chornobyl üçün 1.5.1 nömrəli yeni patç yayımlayıb. Bu yeniləmə əsasən müxtəlif texniki problemlərin aradan qaldırılmasına yönəlib.
Bütün dəyişikliklərin siyahısı:
- Qeyd-et/yüklə əməliyyatından sonra interaktiv ipuclarının yoxa çıxması problemi aradan qaldırıldı.
 - Bəzi NPC-lərin oflayn rejimdə emissiyadan gizlənməməsi problemi düzəldildi.
 - NPC-lərin bir nöqtədə dayanaraq hərəkətsiz qalması problemi aradan qaldırıldı.
 - “Dağın Kralı” tapşırığında iki Varana banditinin səbəbsiz yerə oyunçuya hücum etməsi problemi aradan qaldırıldı.
 - “Mütləq Həqiqətin Təhqiri” missiyasında oyunçunun X-17 laboratoriyasını liftlə tərk edib geri dönə bilməməsi problemi həll edildi.
 - NPC cəsədlərinin ikinci dəfə götürüldükdə düzgün yerləşməməsi problemi düzəldildi.
 - İnventarda pul və çəki göstəricilərinin ikonalarının yerləşməsi düzəliş edildi.
 - Faust-un xüsusi hücumu zamanı döyüşdə donması problemi aradan qaldırıldı.
 - Eyni əşya üçün looting menyusunun ikinci dəfə açıla bilməməsi problemi düzəldildi.
 - Başdan atılan güllə ilə öldürülən NPC cəsədinin uzağa atılması problemi həll edildi.
 - İki EXCEPTION_ACCESS_VIOLATION xətası düzəldildi.
 - “Duga hücumu” missiyasında oyunçu Şram ilə danışmazdan əvvəl yatarsa missiyanın ilişib qalması problemi həll edildi.
 - Ultrageniş ekranlarda FOV dəyərinin avtomatik olaraq 110-a qayıtması problemi düzəldildi.
 - A-life mutantlarının və NPC-lərin dinc zonalarda (hublar, əsas kvest məkanları və s.) görünməsi problemi aradan qaldırıldı.
 - NPC pistolet saxlayanda sol əlinin qeyri-düzgün vəziyyətdə olması problemi həll edildi.
 - Patrul zamanı NPC-lərin bir-birinə ilişib qalması problemi düzəldildi.
 - Pəncərə miqyası parametrlərinin eyni anda tam ekran (çərçivəsiz) və pəncərə rejiminə təsir etməsi problemi düzəldildi.
 - “Elmin adından” missiyasında Şçerbanın oyunçuya boyunbağı verməsi üçün dialoq variantının olmaması problemi həll edildi.
 
Zone Kit: Yeni MOD SDK yeniləməsi artıq 1.5.1 patçının kontentini dəstəkləyəcək. Modların sabit işləməsi üçün build versiyasını yeniləmək tövsiyə olunur.