S1mple NAVI-dən ayrıldı – yeni klub artıq bəllidir

by Nigar Məmmədova
0 comments

Counter-Strike 2 tarixinin ən tanınmış oyunçularından biri olan Aleksandr “s1mple” Kostılyev rəsmi olaraq Natus Vincere klubunu tərk edib. Bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

9 il, saysız mükafatlar və əfsanəvi 2021-ci il

Ukraynalı ulduz oyunçu NAVI forması ilə 9 il ərzində əvəzolunmaz uğurlar qazanıb:

  • 3 dəfə ilin ən yaxşı oyunçusu seçilib
  • 21 dəfə MVP mükafatına layiq görülüb
  • 2021-ci ildə isə komanda ilə PGL Major Stockholm, Intel Grand Slam və digər nüfuzlu turnirlərdə qalib olub

NAVI-nin açıqlamasında deyilir:
“Şaşa ilə birlikdə keçdiyimiz yola görə sonsuz təşəkkür edirik – o, klubun tarixinə qızıl hərflərlə yazılıb.”

Yeni klub: BCGame

S1mple artıq karyerasını davam etdirəcəyi yeni kluba da sahibdir. BCGame təşkilatı sosial şəbəkələrdə yayımladığı açıqlamada oyunçunun rəsmi olaraq heyətə daxil olduğunu bildirib.

Transferin maliyyə detalları açıqlanmayıb, lakin məlumdur ki, s1mple bu klubun CS2 heyətinə qatılıb. Hazırda BCGame heyətində Luka “pr1metapz” Voyt və Nemanya “nexa” İsakoviç də yer alır.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın