S1mple The International 2025-in qrup mərhələsinə proqnoz verdi

by Nigar Məmmədova
0 comments

Telegram kanal OFFSTAGE-in məlumatına görə, peşəkar CS2 oyunçusu Aleksandr s1mple Kostılev Twitch yayımı zamanı The International 2025-in qrup mərhələsi üçün öz proqnozlarını açıqlayıb.

Kibersportçu əmindir ki, Team Spirit qrup mərhələsini heç bir məğlubiyyət olmadan başa vuracaq. Onun fikrincə, pley-off mərhələsinə yüksələcək komandalar bunlardır:

  • BetBoom Team
  • Team Falcons
  • Aurora Gaming
  • PARIVISION
  • Tundra Esports
  • Team Liquid
  • Natus Vincere

S1mple həmçinin hesab edir ki, Wildcard Gaming turnirdəki çıxışını 0:4 nəticə ilə başa vuracaq.

The International 2025 Almaniyada 4–14 sentyabr tarixlərində keçiriləcək. Turnirin mükafat fondu artıq 2,3 milyon dollardan çoxdur. Bütün oyunçular yarış başlamadan əvvəl pulsuz kompedium vasitəsilə öz proqnozlarını verə bilərlər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın