“Esports World Cup” turnirinin təşkilatçısı olan Esports World Cup Foundation, Britaniya şahzadəsi Vilyamın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən kiberidman tədbirində qonaq olduğunu açıqlayıb. Fevralın 11-də baş tutan bu rəsmi ziyarət zamanı kiberidmanın qlobal bir idman növü kimi rolu, eləcə də onun gənclərin inkişafı, təhsili, karyera imkanları və ictimaiyyətin cəlb edilməsinə təsiri ətrafında müzakirələr aparılıb.
Ziyarətin əsas məqamları:
- VALORANT şou-matçı: Şahzadə Vilyam Team Falcons və Twisted Minds klublarının qadın komandaları arasında keçirilən VALORANT oyununu izləyib.
- Rocket League matçı: Uels şahzadəsi özü də birbaşa yarışa qoşularaq Rocket League oyununda Səudiyyə Kiberidman Federasiyasının (SEF) sədri şahzadə Feysəl bin Bəndər bin Sultan ilə qarşılaşıb.
- Nəticə: “Böyük Britaniya” komandasına liderlik edən şahzadə Vilyamın matçı “Səudiyyə” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
- SEF Akademiyası ziyarəti: Şahzadə həmçinin SEF Akademiyasında təlim keçən gənc sədiyyəli kiberidmançılarla görüşüb və onların dərslərində iştirak edib.
Şahzadə Feysəl bin Bəndər bin Sultan ziyarəti şərh edərək bildirib: “Uels şahzadəsini SEF Arenada salamlamaq və Səudiyyə Ərəbistanında kiberidmanın necə qlobal bir idman növünə və gənclərin inkişaf platformasına çevrildiyini bölüşmək böyük məmnuniyyət idi”.
