Şanxay Major 2024 Arenasının Şəkilləri Ortaya Çıxdı

by Nigar Məmmədova
0 comments

Sosial şəbəkələrdə Şanxay Dünya Sərgisi və Konfrans Mərkəzi (Shanghai World Expo Exhibition & Convention Center) arenasında çəkilmiş şəkillər yayımlanıb.

Bu arena Perfect World Shanghai Major 2024 turnirinin ilk iki mərhələsi olan OpeningElimination Stage oyunlarına ev sahibliyi edəcək. Zalda 5 min tamaşaçı üçün yerlər nəzərdə tutulub ki, bu rəqəm oyunçular və texniki heyəti əhatə etmir.

Hazırda arenada çempionatın açılış oyunlarına hazırlıq işləri gedir. Opening Stage 30 noyabr – 3 dekabr tarixləri arasında keçiriləcək, Elimination Stage isə 5-8 dekabrda baş tutacaq.

photo
Turnirin ətraflı icmalını təqdim edirik.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın