Şayiə: cadiaN CS2 səhnəsinə qayıdaraq OG-yə qoşula bilər

by Nigar Məmmədova
0 comments

Peşəkar Counter-Strike 2 oyunçusu Kasper “cadiaN” Möller yaxın zamanda pro səhnəyə geri dönə və OG komandasına qoşula bilər.

Bu barədə məlumatı Dust2.dk nəşri yayıb. Mənbənin məlumatına görə, cadiaN OG-nin kapitanı və snayperi kimi komandaya daxil olacaq. O, artıq heyətdən ayrılmış Kristoffer “Chr1zN” Storgaard və Niko “nicoodoz” Tamjidi oyunçularını əvəz edəcək. Komandanın beşinci üzvü hələ açıqlanmayıb.

Mümkün OG heyəti belə görünür:

  • Olle spooke Gryndström
  • Adam adamb Angström
  • Rafael arrozdoce Wing
  • Kasper cadiaN Möller

Hazırda OG-nin yaxın turnir planı yoxdur, lakin heyət yeniləndikdən sonra seçmə mərhələlərdə iştirak edə bilər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın