Sentyabrda izləməyə dəyən 5 top kiberidman turniri

by Nigar Məmmədova
0 comments

Yay fasiləsindən sonra turnir operatorları aktiv fəaliyyətə qayıdır və kiberidmam azarkeşlərinə CS2, Dota2, Valorant və digər növlər üzrə ən maraqlı yarışları təqdim edirlər. Bu materialda 1xBet Azərbaycan sentyabr ayında xüsusi diqqətə layiq beş kiberidman turnirinə icmal təqdim edir

The International 2025 

  • Keçirilmə vaxtı: 4–14 sentyabr
  • Növ: Dota 2
  • İştirakçıların sayı: 16 
  • Mükafat fondu: $2,150,000+

Dota 2 üzrə ilin əsas turniri 2011-ci ildən bəri ilk dəfə Almaniyaya qayıdır. Pley-off oyunları Hamburqdakı Barclays Arena-da minlərlə azarkeşin qarşısında keçiriləcək. 

Turnirin əsas favoritləri – ikiqat çempionlar Team Spirit vəTeam Liquid, yaxşı şansa sahib digər komanda isə PARIVISION-dur. Digər tərəfdən, son iki il ardıcıl olaraq The International-ın qrand finalına qədər yüksələn Gaimin Gladiators oyunçular və təşkilat arasında yaranmış münaqişəyə görə turnirdən sensasion şəkildə çəkildi. The International 2025-in mükafat fondu artıq $2,15 milyon həddini keçib və azarkeşlər arasında çox populyar olan dəstək paketlərinin satışları sayəsində artmağa davam edir.

FISSURE Playground #2

  • Keçirilmə vaxtı: 12–21 sentyabr
  • Növ: CS2
  • İştirakçıların sayı: 16
  • Mükafat fondu: $500,000

Sentyabrda CS2 üzrə ən maraqlı turnir adına mübarizədə FISSURE Playground #2 bütün parametrlərdə BLAST Open Fall 2025-i üstələdi – həm iştirakçıların sayı, həm də mükafat fondu baxımından. Sıx qrafik və yorğunluq səbəbindən Vitality, Spirit və MOUZ kimi top komandalar turniri buraxmaq qərarına gəldilər. Bu isə o deməkdir ki, 1xBet -in tərəfdaşı olan The MongolZ və Aurora Gaming komandalarının qələbə şansı daha da artır

LCK 2025 Playoffs

  • Keçirilmə vaxtı: 10–28 sentyabr
  • Növ: League of Legends
  • İştirakçıların sayı: 6 
  • Mükafat fondu: $405,000

League of Legends üzrə dünyanın ən güclü liqasının cari mövsümü final mərhələsinə yaxınlaşır. Məhz sentyabr ayında hansı dörd komandanın Çində keçiriləcək LoL Worlds 2025-də Koreyanı təmsil edəcəyi bəlli olacaq. Gen.G Esports, MSI 2025-in qalibi kimi artıq dünya çempionatında iştirakını təmin edib. Amma T1, Hanwha Life Esports, KT Rolster və digər komandalar qalan slotlar uğrunda mübarizəni davam etdirirlər. Yekun cavabı isə LoL Worlds-un startına təxminən bir yarım ay qalmış, sentyabrın sonunda öyrənəcəyik.

VALORANT Champions 2025

  • Keçirilmə vaxtı: 12 sentyabr – 5 oktyabr
  • Növ: VALORANT
  • İştirakçıların sayı: 16
  • Mükafat fondu: $2,250,000

Bangkok və Toronto şəhərlərində keçirilən iki Masters turnirindən sonra növbə gəldi ən güclünü taclandırmağa – Parisdə baş tutacaq VALORANT Champions 2025-də. Bu günə qədər keçirilmiş dünya çempionatlarında hələ heç bir komanda iki dəfə qalib olmayıb: Acend (2021), LOUD (2022), Evil Geniuses (2023) və EDward Gaming (2024) hərəsi bir dəfə titul qazanıb. Görək, bu il ənənə pozulacaqmı, yoxsa yenə də yeni çempion olacaq – məsələn, Paper Rex, Fnatic, T1 və ya G2 Esports? Cavabı özünüz VALORANT Champions 2025-də görəcəksiniz!

FNCS 2025 Global Championship

  • Keçirilmə vaxtı: 6–7 sentyabr
  • Növ: Fortnite
  • İştirakçıların sayı: 33
  • Mükafat fondu: $2,001,000

Fortnite yarış təqvimi digər kiberidman növlərindən ciddi şəkildə fərqlənir. İl ərzində təşkilatçılar altı regional divizionda (Europe, NA Central, NA West, Brazil, Asia, Middle East və Oceania) üç böyük turnir keçirirlər. Bu mərhələlərin yekununa görə hər regiondan bir neçə ən yaxşı komanda Global Championship-ə vəsiqə qazanır.Məsələn:FNCS 2023-də 73 oyunçu cütlüyü iştirak etmişdi, FNCS 2024-də isə bu rəqəm 50-yə enmişdi, FNCS 2025-də isə hər biri üç nəfərdən ibarət 33 komanda mübarizə aparacaq.

Cəmi iki gün ərzində komandalar 12 oyun keçirəcək və nəticədə Fortnite üzrə dünyanın ən güclü triosu müəyyənləşəcək.
Ən maraqlı sentyabr kiberturnirlərində sevimli komandalarına dəstək verməyi qaçırmayın!

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın