Yeni təqdim olunan Silent Hill oyunu artıq internet fırıldaqçılarının hədəfinə çevrilib. Sosial şəbəkələrdə istifadəçilərə guya bağlanmış beta-test mərhələsi üçün dəvət göndərilir. Lakin bu dəvətlər saxtadır və məqsəd şəxsi məlumatların oğurlanmasıdır.
Fırıldaqçılar istifadəçiləri qeyri-rəsmi və təhlükəli linklərə yönləndirərək onların məlumatlarını ələ keçirməyə çalışırlar. Belə hallara qarşı Konami dərhal reaksiya verərək rəsmi açıqlama yayıb.
“Hazırda Silent Hill üçün heç bir beta test keçirilməmişdir,” — deyə şirkətdən bildirilib. Tərtibatçılar əlavə ediblər ki, oyuna dair bütün rəsmi məlumatlar yalnız layihənin rəsmi veb saytında və X sosial şəbəkəsindəki təsdiqlənmiş hesab vasitəsilə paylaşılır.
İstifadəçilərə xəbərdarlıq edilir ki, istənilən şübhəli dəvət və linklərə qarşı diqqətli olsunlar və yalnız rəsmi mənbələrə etibar etsinlər.