Six Invitational 2026: Daha on komanda pley-offa vəsiqəni təmin etdi

by Nigar Məmmədova
0 comments

Rainbow Six Siege üzrə keçirilən Six Invitational 2026 turnirinin qrup mərhələsinin üçüncü raundunun oyunları başa çatıb. Qarşılaşmaların nəticələrinə əsasən, daha on kollektiv pley-off mərhələsində iştirakını qətiləşdirib, bir komanda isə yarışla vidalaşıb.

Turnir vəziyyəti və iştirakçılar:

  • Elevate komandası B qrupunda ardıcıl üçüncü məğlubiyyətini alaraq pley-off şanslarını tamamilə itirib.
  • FURIA, Wildcard, Team Falcons, Daystar, Team Heretics, Spacestation Gaming, Fluxo W7M, DplusFaZe Clan pley-offun ən azı aşağı səbətində yerlərini təmin ediblər.
  • Team Secret həlledici mərhələyə daha əlverişli mövqedən çıxıb — komanda mübarizəyə yuxarı səbətin ilk raundundan başlaya bilər.
  • Weibo Gaming ikinci raunddan sonra pley-offa yüksəlsə də, mövqeyini daha da yaxşılaşdıraraq yuxarı səbətin ilk raundunda yerini rəsmiləşdirib.

4 fevral matçlarının nəticələri:

  • Team Heretics — Ninjas in Pyjamas 2:1; Elevate — FURIA 0:2.
  • M80 — Weibo Gaming 1:2; Team Falcons — Wildcard 1:2.
  • Dplus — G2 0:2; ENTERPRISE — Secret 0:2.
  • FaZe — Shopify Rebellion 2:1; Fluxo W7M — Oxygen Esports 2:1.

5 fevral üçün oyun cədvəli:

  • 14:00 FEARX — Ninjas in Pyjamas
  • 14:00 Daystar — FURIA
  • 17:30 Team Heretics — M80
  • 17:30 Elevate — Wildcard
  • 21:00 Dplus — FaZe
  • 21:00 Fluxo W7M — Secret
  • 00:30 Black Dragons — G2
  • 00:30 ENTERPRISE — Oxygen Esports

Six Invitational 2026 turniri 15 fevral tarixinədək Parisdə davam edəcək. Turnirin ümumi mükafat fondu 3 milyon dollar təşkil edir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın