Team Falcons komandasının oyunçusu, carry rolu üzrə çıxış edən Oliver Skiter Lepko, BetBoom Dacha Dota 2 2024 turnirinin böyük finalında Tundra Esports üzərində qazandığı qələbədən sonra öz təəssüratlarını paylaşıb. Onun fikirləri X sosial şəbəkəsindəki şəxsi səhifəsində yer alıb.
Oliver Skiter Lepko: “Bu, karyeramda ən çətin final oldu. Mən çox xoşbəxtəm, duyğularla doluyam və ən önəmlisi, həm özümlə, həm də bu best-of-5 seriyasını uğurla keçərək qeyri-mümkünü reallaşdıran komanda yoldaşlarımla fəxr edirəm.”
Team Falcons və Tundra Esports arasındakı oyun 26 oktyabr axşamı keçirilib. Lepkonun komandası rəqibini 3:2 hesabı ilə məğlub edərək turnirin çempionu olub və $400 min qazanc əldə edib.
BetBoom Dacha Dota 2 2024 turniri 19-26 oktyabr tarixlərində Serbiyada LAN formatında keçirilib. Komandalar ümumilikdə 1 milyon dollar mükafat fondu uğrunda mübarizə aparıblar.