SonicFox Texas Showdown 2025 turnirində qalib gəldi

by Nigar Məmmədova
0 comments

ABŞ-ı təmsil edən və Luminosity Gaming komandasında çıxış edən məşhur e-idmançı Dominik “SonicFox” Maklin bu il daha bir Kombatant seriyasına aid turnirdə qalib gəlib. O, Texas Showdown 2025 yarışmasında Mortal Kombat 1 üzrə birinci yeri tutaraq üstünlüyünü bir daha təsdiqləyib.

Hüston şəhərində keçirilən turnirin böyük finalında SonicFox rəqibi Aleks “Dyloch” Ruizi dramatik şəkildə məğlub edib. İlk seriyada 1:3 hesabı ilə geridə qalsa da, resetdən sonra ikinci seriyanı qələbə ilə (3:0) tamamlayaraq titulun sahibi olub.

Bu qələbə SonicFox-a 3080 Kombatant xalı və MK Pro Kompetition 2025 üçün əlavə 210 reytinq balı qazandırıb. Hazırda onun ümumi xalı 420-dir və o, ümumi sıralamada ikinci yerdə qərarlaşıb. Reytinqin lideri isə 440 xalla viennality 2025 turnirinin qalibi olan türkiyəli Kaminani-dir.

Texas Showdown 2025 yarışında 144 oyunçu mübarizə aparıb. Turnirin ümumi mükafat fondu 6160 dollar təşkil edib. MK Pro Kompetition 2025 seriyasının növbəti mərhələsi isə 12-18 aprel tarixlərində keçiriləcək International Kombat regional seçmələri olacaq. Şərqi Avropa seçmələrinə qeydiyyat artıq açıqdır.

Xatırladaq ki, CS2 üzrə BLAST Open Lisbon 2025 turnirinin ən yaxşı oyunçusu isə ZywOo seçilmişdi.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın