Keçən ay gamescom oyunçulara gələcək layihələri gözləməyə dəyər edən onlarla treyler təqdim etmişdi. Lakin bu, sadəcə başlanğıc idi. İndi yeni oyun treylerlərinin mövsümüdür. Tokyo Game Show 2025 ərəfəsində PlayStation öz ənənəvi State of Play tədbirini keçirdi. Tədbirdə ən maraqlı təqdimatlardan bəzilərini təqdim edirik.
Saros
Bu ilin əvvəlində Housemarque studiyası Saros oyununu elan etmişdi — Returnaldan sonrakı layihə. Burada da ölüm əsas mexanikalardan biridir: oyunçular dəfələrlə ölsələr də, inkişaf edib daha güclü şəkildə geri dönürlər. Yeni treylerdə isə bullet hell üslubundakı intensiv döyüşlər nümayiş etdirildi — sürətli hərəkət və Doom-u xatırladan gameplay diqqət çəkdi.
Battlefield 6
Bu dəfə Call of Duty-yə rəqib yenidən meydana çıxır. DICE studiyası Battlefield 6 üçün yeni treyler təqdim etdi. Oyun bu dəfə partlayışlarla dolu bir təkoyunçu kampaniyası ilə diqqət çəkir və rəqibini süjet xəttində üstələməyi hədəfləyir.
Deus Ex Remastered
Əfsanəvi Deus Ex franşizası geri qayıdır. Oyun tarixinin ən önəmli RPG-şuter qarışığı 2026-cı ilin fevralında remastered versiya ilə PlayStation konsollarında çıxacaq.
Halloween
Illfonic studiyası Halloween filmlərinə əsaslanan yeni asimmetrik qorxu oyunu təqdim etdi. Burada həm təkoyunçu rejimi, həm də ənənəvi format var — sağ qalanlar məşhur qatil Maykl Mayersi məğlub etməyə çalışacaq.
Nioh 3
Ən sərt oyun seriyalarından biri olan Nioh üçüncü hissəsi ilə geri dönür. Bu dəfə hadisələrdə oyunçular taxtından devrilmiş şoqun Tokugava Takeçiyo rolunda çıxış edərək qardaşı Tokugava Kunimatsudan intiqam alacaqlar.
Microsoft Flight Simulator 2024
Uzun illər yalnız Xbox və Windows-a məxsus olan Microsoft Flight Simulator bu dəfə ilk dəfə PlayStation 5-də təqdim olunacaq. Oyunçular dekabr ayında müxtəlif təyyarələri sınaqdan keçirə biləcəklər.