Stake və StarLadder-dən yeni CS2 turnir seriyası: Stake Ranked

by Nigar Məmmədova
0 comments

Bu layihənin əsas məqsədi gənc və perspektivli komandalara real LAN təcrübəsi qazandırmaq və onlara beynəlxalq arenada özlərini göstərmək üçün şərait yaratmaqdır. 2026-cı il ərzində Avropada cəmi altı turnirin keçirilməsi planlaşdırılır.

Turnir haqqında əsas məlumatlar:

  • Mükafat fondu: Hər turnir üçün minimum 100 000 dollar.
  • Format: Əsas mərhələ LAN (oflayn), seçmə mərhələlər isə onlayn keçiriləcək. Yarışlar Double Elimination Bo3 sistemi ilə baş tutacaq.
  • Məkan: Finallar Şengen zonasına daxil olan Avropa ölkələrinin paytaxtlarında təşkil olunacaq.

İlk iki turnirin (epizodun) tarixləri:

  • 1-ci Epizod: 1 – 4 aprel 2026-cı il.
  • 2-ci Epizod: 27 – 30 may 2026-cı il.

İştirakçıların müəyyənləşdirilməsi: Əsas mərhələdə (Main Event) 8 komanda mübarizə aparacaq: 6 komanda: Valve Regional Standings (VRS) reytinqinə əsasən (13-cü yerdən başlayaraq) birbaşa dəvət alacaq. 2 komanda: Qapalı seçmə mərhələlərdən (Closed Qualifier) vəsiqə qazanacaq.

Qapalı seçmə mərhələdə isə 16 komanda yarışacaq (14-ü VRS dəvəti ilə, 2-si isə FACEIT platformasında keçiriləcək açıq seçmələrin qalibləri).

Seçmə mərhələ tarixləri (1-ci Epizod üçün):

  • Açıq seçmələr: 21 – 22 fevral 2026-cı il.
  • Qapalı seçmələr: 4 – 8 mart 2026-cı il.

Təşkilatçılar həmçinin dürüst oyun (fair play) prinsiplərinə xüsusi önəm verəcəklərini, ESIC tərəfindən ban olunmuş oyunçuların yarışa buraxılmayacağını bildiriblər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın