Star Wars Jedi-nin baş qəhrəmanı Kəl Kestis tezliklə film və ya serialda görünə bilər

by Elnur Qəhrəmanov
0 comments

Star Wars Jedi video oyunlarının əsas personajı Kəl Kestis yaxın vaxtlarda video oyunlardan kənarda da görünə bilər. Bu barədə məlumatı DanielRPK adlı insayder Patreon-da paylaşıb.

Məlumata görə, Kəl Kestisi canlandıran aktyor Kemeron Monahan yaxın vaxtlarda elan olunan layihələrdən birində iştirak edəcək. Lakin onun hansı layihədə görünəcəyi hələ ki, dəqiq bilinmir. Gələcək layihələr arasında “Star Wars: Skeleton Crew”, “Ahsoka” serialının ikinci mövsümü və “Mandalorian və Grogu” filmi yer alır. Bu layihələrin hamısının 2026-cı ilə qədər yayımlanması gözlənilir. Qeyd etmək lazımdır ki, Kemeron Monahan daha əvvəl Kəl Kestis obrazını yalnız oyunlarda deyil, həm də filmlərdə canlandırmaq arzusunu dilə gətirib. Posta şərh verən istifadəçilər Kəl Kestis obrazının oyunlardan birbaşa canlı filmə və ya seriala daşınmasının Star Wars dünyasında ilk hadisə olacağını vurğulayıblar. İndiyə qədər Star Wars oyunlardakı hadisələrə yalnız dolayısı ilə işarələr edib və bəzi personajlar animasiya şoularında yer alıb.

Star Wars Jedi: Survivor oyunu 2023-cü ilin 28 aprelində PC, PlayStation 5 və Xbox Series X/S platformalarında buraxılıb. Oyunun çıxışında texniki problemlər səbəbindən istifadəçilər tərəfindən tənqid olunub, lakin yarım ildən sonra Steam platformasında oyun haqqında rəylər “qarışıq” olaraq dəyişib. Sentyabr ayında oyunun yaradıcıları seriyanın üçüncü və son hissəsinə başladıqlarını elan ediblər.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın