Steam-də Animal Fest başladı — heyvanlar haqqında oyunlara 90%-dək endirimlər

by Nigar Məmmədova
0 comments

Steam platformasında Animal Fest adlı yeni tematik tədbir start götürüb. Tədbir heyvanlar, quşlar, həşəratlar və hətta dinozavrlar mövzusuna həsr olunub. Valve oyunçulara bu mövzuda çoxsaylı oyunlara 90%-dək endirimlər təklif edir.

Festival 17 noyabr axşamına qədər davam edəcək. Endirimlər arasında aşağıdakı oyunlar xüsusilə seçilir:

  • Restaurats — 25% endirim
  • Empire of the Ants — 50% endirim
  • Goat Simulator 3 — 60% endirim
  • Tails of Iron 2: Whiskers of Winter — 50% endirim
  • Planet Zoo — 70% endirim
  • ARK: Survival Ascended — 50% endirim
  • Cat Quest III — 40% endirim
  • Worms seriyası — 90%-dək endirim

Bu fürsət heyvan mövzulu oyunsevərlər üçün ilin ən cəlbedici endirim kampaniyalarından biridir.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın