Street Fighter 6 turniri: Ən yaxşı oyunçuya tonometr hədiyyə ediləcək

by Nigar Məmmədova
0 comments

Yaponiyada “Street Fighter 6” üzrə “Legacy Cup” adlı qeyri-adi onlayn turnir elan olunub. Bu yarışın əsas özəlliyi iştirakçıların yalnız 40 yaşdan yuxarı geymerlər olmasıdır.

Turnirin sponsorları iştirakçılar üçün yaş qrupuna uyğun maraqlı və faydalı hədiyyələr hazırlayıblar. Belə ki, qaliblər D vitamini əlavələri, ağız boşluğuna qulluq vasitələri və dondurulmuş hazır nahar dəstləri əldə edəcəklər. Turnirin ən dəyərli oyunçusu (MVP) üçün nəzərdə tutulan ən yaddaqalan mükafat isə tonometr (qan təzyiqini ölçən cihaz) olacaq.

Yarışa olan maraq təşkilatçıların gözləntilərini xeyli üstələyib. Belə ki, əvvəlcə turnir cəmi 128 nəfər üçün nəzərdə tutulsa da, böyük tələbat səbəbindən iştirakçı limiti əvvəlcə 256-ya, daha sonra isə 512 nəfərə qədər artırılıb.

Tədbirin təşkilatçısı Yaponiya döyüş oyunları (fighting) icmasında tanınan sima, eyni zamanda lisenziyalı həkim olan Dr. REKKA-dır. O, matçlar arasındakı fasilələrdə “tibbi şərhlər” verərək oyun anlarını sağlamlıq və fiziologiya nöqteyi-nəzərindən izah edəcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın