Statistika portalı Esports Charts, 2025-ci ilin ən çox izlənilən komandaları haqqında məlumat dərc edib.
Hesabat həm sosial şəbəkələrdə, həm də rəsmi internet saytında təqdim olunub. Reytinqdə birinci yeri T1 klubunun League of Legends heyəti tutub. İkinci pillədə isə Gen.G Esports qərarlaşıb. Ən yaxşı dördlüyü Mobile Legends: Bang Bang üzrə mübarizə aparan ONIC Esports və RRQ Hoshi komandaları tamamlayıb.
İlk beşliyi isə CS2 üzrə StarLadder Budapest Major 2025-in çempionu və ən çox izlənilən komandası olan Team Vitality bağlayıb. Qeyd etmək lazımdır ki, statistika hesablanarkən Çin xidmətləri və platformalarının məlumatları nəzərə alınmayıb.
