32
Talon Esports Dota 2 komandası MESA Invitational 2024 turnirinin finalında Natus Vincere Junior üzərində inamlı qələbə qazanaraq çempion olub.
Daylinews-az xəbər verir ki, matç 2:0 hesabı ilə Talon Esports-un xeyrinə başa çatıb. Turnirin qalibi 50 000 dollar mükafat əldə edib. İkinci yeri tutan NAVI Junior isə 25 000 dollar qazanıb. Yakult’s Brothers və Aurora Gaming komandaları üçüncü-dördüncü yerləri bölüşərək hər biri 12 500 dollar qazanıb. Team Secret isə turniri dörddəbir final mərhələsində başa vuraraq mükafatsız qalıb.
Talon Esports-un heyəti (Dota 2):
- Rəflay Mikoto Fatkur
- Con Natsumi Varqas
- Çunq WS Vey Şen
- Tri Jhocam Kunkoro
- Karlo Kuku Palad
MESA Invitational 2024 turniri 10-15 dekabr tarixlərində Ulan-Bator (Monqolustan) şəhərində keçirilib. Turnirin ümumi mükafat fondu 100 000 dollar təşkil edib.