Tarixdə ilk dəfə: BOK Olimpiya Kibersport Oyunlarının yaradılmasına səs verdi

by Elnur Qəhrəmanov
0 comments

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 142-ci iclasında ilk dəfə Olimpiya Kibersport Oyunlarının yaradılması üçün yekdilliklə qərar qəbul edilib.

“Bu, BOK üçün həqiqətən yeni bir eradır. Biz rəqəmsal inqilabın tempi ilə ayaqlaşırıq. Əziz dostlarım və həmkarlarım, səsvermənizlə siz Olimpiya Kibersport Oyunlarını yaratdınız”, – deyə BOK prezidenti Tomas Bax bildirib. Komitə qeyd edib ki, xüsusi komissiya artıq layihə hazırlayıb və kibersport icmasının maraqlarını nəzərə alaraq, Olimpiya dəyərlərinə hörmətlə yanaşacaq. Bu, xüsusilə oyunların proqramda yer alması, gender bərabərliyinin təşviqi və kibersportla maraqlanan gənc auditoriya ilə qarşılıqlı əlaqəni əhatə edir.

İlk yarışlar 2025-ci ildə Səudiyyə Ərəbistanında keçiriləcək. Bu qərar, BOK ilə Səudiyyə Ərəbistanının Milli Olimpiya Komitəsi arasında 12 illik əməkdaşlıq çərçivəsində qəbul edilib. Olimpiya Kibersport Oyunları müntəzəm olaraq keçiriləcək.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın