Team Falcons – ALGS: 2025 Open çempionu oldu

by Nigar Məmmədova
0 comments

Team Falcons Apex Legends Global Series: 2025 Open turnirində qalib gəldi. Finalda komanda 70 xal topladı.

Birinci yerə sahib olan Falcons komandası $300,000 mükafat qazandı, həmçinin Midseason Playoffs üçün yer və 1000 CS Points əldə etdi. Alliance və Al Qadsiah komandaları isə ikinci və üçüncü yerləri tutdular.

Top-5 komanda və kvalifikasiya

Bu turnir nəticəsində Midseason Playoffs-a yalnız Team Falcons deyil, top-5-də olan bütün komandalar vəsiqə qazandılar: Alliance, Al Qadsiah, 100 Thieves və Shopify Rebellion.

Turnirin ən yaxşı oyunçusu isə Philip “ImperialHal” Dosen seçildi.

Turnirin tarixi və nəticələri

ALGS: 2025 Open 1-4 may tarixlərində New Orleans, ABŞ-da keçirildi. Turnirdə 160 komanda iştirak edərək ümumi $1 milyon mükafat fondu uğrunda mübarizə apardılar.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın