Team Falcons, BLAST Rivals 2025 Season 2 turnirində Passion UA komandasını 2:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb (Train — 13:11, Mirage — 13:10).
Bu qələbə ilə Team Falcons yarımfinal mərhələsinə adlayıb. Komandanın növbəti oyunu 15 noyabr tarixində baş tutacaq və rəqibi daha sonra müəyyənləşəcək.
Passion UA isə 14 noyabrda baş tutacaq 1/4 final mərhələsində öz növbəti rəqibini gözləyir.
BLAST Rivals Fall 2025 turniri 12–16 noyabr tarixlərində Honkonqda LAN formatında keçirilir. Ümumi mükafat fondu 350 min ABŞ dollarıdır. Bu, StarLadder Budapest Major 2025-dən əvvəlki son böyük turnirdir.