Team Falcons Dota 2 üzrə FISSURE Universe: Episode 4 turnirinin qrup mərhələsində həlledici qarşılaşmada BOOM Esports üzərində 2:1 hesablı qələbə qazanaraq pley-off mərhələsinə yüksəlib. Gərgin keçən qarşılaşma Falcons-un xeyrinə başa çatıb və komandaya növbəti mərhələyə çıxmaq imkanı verib.
Bu nəticə ilə Team Falcons artıq pley-offa vəsiqə qazanan PARIVISION, Team Tidebound, Team Liquid, Tundra Esports və Team Spirit komandalarına qoşulub.
Digər tərəfdən, BOOM Esports məğlubiyyətlə turnirlə vidalaşıb. Onlar daha əvvəl mübarizəni dayandıran Night Pulse, Talon Esports və digər komandaların sırasına qoşulub.
Qeyd edək ki, FISSURE Universe: Episode 4 turniri 22–30 mart tarixlərində onlayn formatda Avropa serverlərində keçirilir. Turnirin ümumi mükafat fondu 500 min dollar təşkil edir.