Səudiyyə Ərəbistanının kibersport təşkilatı Team Falcons, Team Spirit kapitanı Leonid “chopper” Vişnyakovun azarkeşlər barədə zarafatına sosial şəbəkə X-də ironik paylaşım edərək reaksiya verib.
Hadisə Esports World Cup 2025-in arenadan çəkilmiş videosundan sonra baş verib. Təşkilatçılar Vişnyakovu həmin videonu silməyə məcbur ediblər. Bunun ardınca Team Falcons belə yazıb:
“301 pullu fanat qarşısında çıxışı səbirsizliklə gözləyirik 😊”
Qeyd edək ki, videonun yayımlanmasından sonra Vişnyakov Səudiyyə təmsilçisinin azarkeşləri tərəfindən mənfi reaksiyalarla qarşılaşıb.