Team Falcons-un məşqçisi The International tarixində ilk üçqat çempion oldu

by Nigar Məmmədova
0 comments

Team Falcons klubunun baş məşqçisi Körtis “Aui_2000” Linq Dota 2 tarixinə düşərək unikal uğura imza atdı — o, ilk dəfə The International turnirini üç dəfə qazanan şəxs oldu.

10 illik yol: oyunçudan əfsanəvi məşqçiyə

Aui_2000-in çempionluq yolu on il davam edib:

  • İlk titulunu o, 2015-ci ildə “Evil Geniuses” heyətində oyunçu kimi qazanıb.
  • İkinci çempionluğa “Tundra Esports”-un məşqçisi kimi imza atıb.
  • Üçüncü və tarixi nailiyyət isə 2025-ci ildə “Team Falcons”-la gəldi.

The International 2025: yadda qalan final

Almaniyada keçirilən və 2,6 milyon dollarlıq mükafat fondu olan The International 2025 çətin mübarizələrlə yadda qaldı. Final qarşılaşmasında “Team Falcons” Xtreme Gaming-i gərgin seriyada 3:2 hesabı ilə məğlub edərək çempionluğu qazandı.

Bu qələbə ilə Aui_2000 Dota 2-nin tarixində öz adını qızıl hərflərlə yazdırdı.

Bunlar da xoşunuza gələ bilər

Şərh yazın